eşşəyi qoyub, palandan yapışmaq

bax eşşəyi qoyub, palanı döymək
Eşşəyə min, ata çatınca.
eşşəyi qoyub, palanı döymək
OBASTAN VİKİ
Afrika eşşəyi
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Buridan eşşəyi
Buridan eşşəyi paradoksu — Jan Buridanın adıyla bağlı olan bir fəlsəfi problemdir. Aristotelin əsərlərində bu sualın ortaya qoyulmasına baxmayaraq, bu paradoks iki bərabər dərəcədə cəlbedici yemək arasında seçim etməkdə çətinlik çəkən bir eşşəyi təsvir edir: Bu halda, rasional seçim edə bilərmi? Paradoks adını fransız nominalist filosof Jan Buridandan almışdər. Hekayəsi belədir: Həm ac həm susuz olan bir eşşək, özündən eyni məsafədə aralıda qoyulmuş olan su və saman bağlaması arasında heç cür qərar verə bilmədiyi üçün, həm aclıqdan, həm də susuzluqdan ölür. == Tarix == Hekayənin ən qədim versiyası Aristotelə aiddir və bu hekayənin qəhrəmanı itdir. Buridanın hekayəsi isə Spinozanın Cogitata Metaphysica əsərindən götürülmüşdür. Ancaq burada “iki bağlama saman” formasındadır. Digər oxşar nümunəni Qəzali üç ağacdan ibarət iki bağ arasında qərar verə bilməyən dəvə formasında işlətmişdir. Fəlsəfə və siyasətdə müntəzəm olaraq eyni xüsusiyyətlərə malik olan alternativlərlə qarşılaşıldığı zaman hər hansısa birini seçə bilməmək vəziyyətini təsvir etmək üçün istifadə olunur.